Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aleyna Tilki həbs olundu

Aleyna Tilki həbs olundu

Tarix: 17 Dekabr 2021 17:30

Ötən il Milana uçuşu zamanı İstanbul hava limanında dava salan müğənni Aleyna Tilki həbs olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə qadın mühafizəçini "Səni tapıb məhv edəcəyəm. Axmaq, sənə görə təyyarəyə gecikirəm" deyə, təhqir edən ifaçı ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Aleyna Tilki 5 ay müddətinə həbs olunub. Bundan başqa, o, 7 min 80 lirə təzminat ödəməli olacaq.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında yaşanıb. Aleynanın işçiləri təhqir etməsi nəticəsində Neslihan Ö. adlı mühafizəçi ondan şikayətçi olub. Nəticədə Aleyna vəzifəsini yerini yetirən dövlət məmurunu təhqir etmək və hədələmək maddələri ilə ittiham olunub. İfaçının 4 il müddətinə qədər həbs edilməsi istənilib.

Milli.Az


Etiketlər:  Aleyna Tilki həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ