Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 18:45
Dünən "GQ Türkiye Men of the Year 2021" mükafatlandırma mərasimində kövrək anlar yaşanıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, gecədə "İlin qadını" seçilən aktrisa Öykü Karayel səhnədə çıxışı zamanı hər kəsi duyğulandırıb.
Öykü "bütün stressimi, ağrılarımı götürüb sinəmdə yumşaldan sevdiyim həyat yoldaşıma təşəkkürlər",- deyərkən onun müğənni həyat yoldaşı Can Bonomo göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, C.Bonomo və Ö.Karayel 2018-ci ildə evlənib. Onların bu nikahdan bir oğlan övladı dünyaya gəlib.