Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 17:40
Bakı. İlhamə İsabalayeva - Trend:
“Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, N.Rəhimova XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 illik idarə heyətinin seçkisi nəticəsində prezident seçilib.
Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.
XX Beynəlxalq Gənclər Forumununun gələn il Neapolda keçirilməsi qərara alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin