Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 20:20
Adətən sığorta şirkətlərinin vətəndaşları sığortalanmağa cəlb etdiyinin şahidi oluruq. Bu dəfə isə tam əksi ilə rastlaşmışıq. Vətəndaş evinin sığortalanmasını istəyir, amma iddiasına görə sığorta şirkəti bundan imtina edir.
Sonxeber.net RealTV-yə istinadən xəbər verir ki, söhbət Ağcabədi rayonu Boyat kənd sakini Məhəmməd Aslanov və onun oğlu Rəşad Aslanovdan gedir. Onlar öz həyətlərindəki böyük zəhmət hesabına inşa edib ərsəyə gətirdikləri evin sığortalanmasını istəyirlər. Lakin, dediklərinə görə bundan imtina olunur, əsas kimi isə evin qəzalı vəziyyətdə olduğu göstərilir. Ev sahibləri isə bu iddia ilə razılaşmır və problemlərinin "Problem" verilişi ilə həllini gözləyirlər.
Məsələyə Dövlət Sığorta Kommersiya Şirkəti Ağcabədi Filialının direktoru aydınlıq gətirdi və səslənən ittihamların doğru olmadığını bildirdi.
Bundan sonra Aslanovlar ailəsinin öhdəsinə düşən sadəcə lazımi sənədləri sığorta şirkətinə aparmaqdır. Yəqin bu məsələ onlar üçün çətin olmayacaq.