Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə məhdudiyyətləri geri qaytardı

Bu ölkə məhdudiyyətləri geri qaytardı

Tarix: 17 Dekabr 2021 23:20

Kanadada "Omicron" ştamına görə yeni məhdudiyyətlər tətbiq edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kanadanın səhiyyə naziri Jan-İv Duklo mətbuat konfransında deyib.

Nazir bildirib ki, dekabrın 21-dən bütün səyahətlər üçün gəlişdən əvvəl PCR testi tələbi yenidən qüvvəyə minəcək. O, həmçinin, bu qaydanın 72 saat və ya daha az bir səyahətdən sonra Kanadaya qayıdan bütün sərnişinləri əhatə etdiyini deyib.

O, "Omicron" ştamına görə 10 Afrika ölkəsinə tətbiq edilən səyahət qadağasının bu gecə yarısından etibarən qaldırılacağını açıqlayıb.

Duklo "Omicron" və digər ştamlara yoluxmanın artmasını və vəziyyətin ciddiliyini vurğulayaraq, sərhəd tədbirlərini təkmilləşdirməyə davam etməli olduğunu əlavə edib:

"Bir daha deyirəm, indi səyahət vaxtı deyil. Kanadalılar üçün ailələrini və ya dostlarını ziyarət etmək və ya xaricə getmək üçün səyahətlərini təxirə salmağın nə qədər çətin olduğunu bilirik. Biz həmçinin bir çox kanadalının tətilini ləğv etdiyini bilirik. Biz sizin xaricdə qapalı qalmanızı və ya xəstə olmanızı istəmirik".

Milli.Az


Etiketlər:  ölkə məhdudiyyətləri geri qaytardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ