Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəyməni və qrippi müalicə edən MÖCÜZƏLİ BİTKİ

Soyuqdəyməni və qrippi müalicə edən  MÖCÜZƏLİ BİTKİ

Tarix: 18 Dekabr 2021 08:03

Qara gəndalaş bitkisi çox faydalı müalicəvi bitkidir. Bu bitki soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.

İsrail həkimləri qripp epidemiyası zamanı qara gəndalaşın təsiri yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qripp xəstələrinin 1 qrupuna hər gün 4  qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qrippin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.

Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.

Qripp və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.


Etiketlər:  Soyuqdəyməni qrippi müalicə edən MÖCÜZƏLİ BİTKİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ