Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsunun 2 kəndi qazlaşdırılıb

Ağsunun 2 kəndi qazlaşdırılıb

Tarix: 29 Avqust 2019 19:24

Bakı. Samir Əli - Trend:

Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, ümumilikdə 2 kənddə 2389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb.

Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb. Yeni abonentlər istənilən vaxt Ağsu Regional qaz istismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağsunun kəndi qazlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ