Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 16:48
"Sex and the City filminin ulduzu Kris Notu cinsi təcavüzdə ittiham edən qadınların sayı üçə çatıb.
Sonxeber.net Daily Beast-ə istinadən xəbər verir ki, amerikalı qadın aktyorla görüş xatirələrini bölüşüb.
Zərərçəkənin dediyinə görə, 2010-cu ildə 18 yaşında olarkən Notun daimi qonağı olduğu restoranda işləyib. "Bir axşam otaqda tək olanda məni öpməyə və toxumağa başladı" deyib. Bundan əvvəl iki qadın da analoji ittihamla çıxış edib. Not isə bu ittihamların yalan olduğunu iddia edir. "Mən bu insanlarla illər, hətta onilliklər əvvəl tanış olmuşam. Görüşlər qarşılıqlı razılaşma əsasında olub. Bu hekayələrin niyə indi ortaya çıxdığını dəqiq bilmirəm, amma bir şeyi bilirəm: mən bu qadınlara hücum etməmişəm" deyib.
Anar Əli