Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradonanın avtomobilləri və əşyaları hərraca çıxarılır

Maradonanın avtomobilləri və əşyaları hərraca çıxarılır

Tarix: 18 Dekabr 2021 19:14

Futbol əfsanəsi Dieqo Maradonanın avtomobilləri və digər əşyaları hərraca çıxarılacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, həftəsonu keçiriləcək hərracda  ümumilikdə 87 lot olacaq.

Toplanan vəsait 5 yerə bölünəcək. Bu hissələr Maradonanın uşaqları Dieqito, Cannina, Dalma, Yana və kiçik Dieqpya çatacaq.

Hərracda iki bahalı BMW də satılacaq. "750i" markalı sedan 2018-ci il istehsalıdır. Nadir avtomobildən Argentinada cəmi 7 ədəddir. Onun start qiyməti 225 milyon dollar olacaq.

Göy rəngli "M4" 2017-ci il istehsalı olsa da, cəmi 9500 km qət edib. Maradona BƏƏ-də çalışdığı vaxt bu kupe tipli avtomobildən istifadə edib. Onun start qiyməti 165 min dollardır.

Hərracda "Hyundai H-1" avtomobili, Mar-del-Plata ətrafındakı ikiotaqlı mənzil, Buenos-Ayresdəki ev də yeni sahibini tapacaq. Maradonaya məxsus digər satılacaq əşyalar arasında gitarası, Merilin Monronun şəkli olan əsər, qulaqlı papaq, kepka siqar üçün hyumidor, bir neçə televizor, vanna otağının şkafı və bir neçə trenajor da var.

Qeyd edək ki, Argentina millisinin sabiq futbolçusu ötən il 60 yaşında vəfat edib.


Etiketlər:  Maradonanın avtomobilləri əşyaları hərraca çıxarılır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ