Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin infarktından bir saat əvvəl ortaya çıxan ilk simptomlar

Beyin infarktından bir saat əvvəl ortaya çıxan ilk simptomlar

Tarix: 19 Dekabr 2021 11:18

Beyin infarktından bir saat əvvəl ortaya çıxan ilk simptomlar arasında şiddətli baş ağrısı, ürəkbulanma, hərəkətlərin zəif koordinasiyası, görmənin azalması və əllərdə uyuşma hissi var.

Bu barədə rusiyalı terapevt, kardioloq Əzizxon Əsgərov xəbərdarlıq edib.

"Bu, sözün əsl mənasında, yarım saat və ya bir saat ərzində - arteriya tıxandıqda, beyin infarktı başlayanda baş verir", - deyə Əsgərov bildirib.

Həkim əlavə edib ki, beyin zədələnməsi triadada özünü göstərir.

"Belə ki, insan huşunu itirə və nitqini dəyişə bilər - danışığı pozulacaq, rabitəsiz, qarışıq və ya yavaş olacaq. Bundan əlavə, koordinasiya problemləri qeyd olunur: xəstə gəzə bilmir və yıxılır, qollarında və ayaqlarında əzələ tonusu azalır", - deyə mütəxəssis bildirib.


Etiketlər:  Beyin infarktından saat əvvəl ortaya çıxan simptomlar


RƏYLƏR