Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 18:50
Əməkdar artist Gülbahar Şükürlü vəfat edən həyat yoldaşı Zakirlə bağlı paylaşım edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, qarmon ifaçısı ərinin vəfatından 3 il keçdiyini vurğulayıb.
"Zahid, 3 ildir sənsizik. Amma hələ də inanmırıq və inanmaq istəmirik. Sənsiz bu qədər yaşamağıma heç inana bilmirəm. Ancaq sən mənim yoxluğuma dözməzdin. İnan o qədər ağlayıram, hələ də gözümün yaşı qurumur. O qədər məni danlayırlar. Başa düşürəm, belə gün hamımız üçün var, sadəcə, növbəmizi gözləyirik. Sən çox yaxşı insan idin. Mən sənin kimi yaxşı ola bilmərəm. Heyif səndən... Uşaqla uşaq, böyüklə böyük idin. Allah sənə rəhmət eləsin. Allah ruhunu şad eləsin, başımın tacı. Gözəl, mənalı günlərimin səbəbkarı, Zahid. Sən məndən uzaqlaşdıqca, mən sənə yaxınlaşıram" deyə, musiqiçi bildirib.