Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - YENİLƏNİB - VİDEO

Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - YENİLƏNİB - VİDEO

Tarix: 19 Dekabr 2021 21:58

21:57

Builki müsabiqənin qalibi "Qami qami" mahnısı ilə Ermənistan təmsilçisi Malena (224 xal) oldu. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.

21:36

Müsabiqədə ölkələrin səsləri elan edilir. İtaliya 12 xalı Azərbaycana verdi.

***

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna ən yüksək - 12 xalı Azərbaycana verdi.

***

Azərbaycan ən yüksək - 12 xalı Rusiyaya verdi.

20:33

Azərbaycanı "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsində təmsil edən Sona Əzizova çıxışını başa vurub.

"One of those days" mahnısı ilə əla performans göstərən təmsilçisimiz uğurlu çıxışla diqqət çəkib.

Sözügedən görüntüləri təqdim edirik:

19:38

Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçirilir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ölkəmizi müsabiqədə "One of those days" mahnısı ilə Sona Əzizova təmsil edir.
Müsabiqəyə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.


Etiketlər:  Azərbaycan Uşaq Avroviziyası 2021də beşinci oldu YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ