Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç bir rəqiblə rahat oynamaq olmur'' - Maksim Medvedev

''Heç bir rəqiblə rahat oynamaq olmur'' - Maksim Medvedev

Tarix: 30 Avqust 2019 01:36

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- İlk oyundakı məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyədə idi. Çünki evdə yaxşı oyun göstərib, bu komandanı uda biləcəyimizə inanırdıq. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq. Artıq rəqibi də yaxşı tanıyırdıq. Gözlədiyimiz kimi oynadılar. Buna hazır idik. Sona qədər nizam-intizamı qoruyub-saxlamağa çalışdıq ki, üstünlüyümüzü əldən verməyək. Sevinirik ki, 2:1 hesablı qələbə qazandıq və qrupa düşdük.

 - Düşünümürsən ki, 2-ci qolu gec vurdunuz? Halbuki daha tez vurub, daha rahat oynaya bilərdiniz...

- İlk qolu 6-cı, ikinci qolu isə sona yaxın vurduq. Futboldur, yaxşı imkanlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Qismət belə oldu ki, sonlarda fərqlənə bildik.

 - Hesab 1:0 olarkən komandada gərginlik var idi?

- Əlbəttə. 1:1 rəqib komandaya sərf edirdi. Bu hesabla qrup mərhələsinə onlar yüksəlirdi. Çalışırdıq ki, həm müdafiədə yaxşı oynayaq, həm də ikinci qolu vuraq və bir az rahat olaq. İkinci qol isə gec gəldi, məcbur olduq ki, 90 dəqiqə əziyyət çəkək.
 

- Yəqin ki, qol buraxdıqdan sonra hərşey daha da gərginləşdi...

- Əlbəttə, rəqibin 2-ci qolu vurması üçün vaxt var idi. Buraxdığımız qol da göstərdi ki, sonlara doğru hardasa rahatlaşmışdıq. Bu gün heç bir rəqiblə rahat oynamaq olmur.

 - Ardıcıl 6-cı dəfə avrokuboklarda qruplara qaldınız. Bu dəfə məqsəd nə olacaq? Səncə, yeni hədəflər üçün komanda güclənməlidirmi?

- İnanaq ki, qrupumuza ağır komandalar düşməyəcək. Rəqiblərimizi tanıyandan sonra necə oynamalı olduğumuzu biləcəyik. Yeni oyunçularla bağlı baş məşqçi özü iş aparır. Nə alınırsa, edirlər.

 - "Mançester Yunayted"lə eyni qrupa düşmək istərdiniz?

- Bəlkə də bütün azarkeşlər "Mançester Yunayted"lə eyni qrupa düşməyimizi istəyir ki, Bakıda onları izləsinlər. Belə bir şey baş versə, əlbəttə ki, bizim üçün ağır olacaq. Qismət nədirsə, o da olacaq.

 


Etiketlər:  Heç rəqiblə rahat oynamaq olmur Maksim Medvedev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ