Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb

İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb

Tarix: 21 Dekabr 2021 10:08

İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.


Etiketlər:  İsmayıllıda torpaq uçqunu olub nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ