Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxarı Qarabağ Kanalının səmərəliliyi artır - VİDEO

Yuxarı Qarabağ Kanalının səmərəliliyi artır - VİDEO

Tarix: 21 Dekabr 2021 15:08

Ölkənin ən böyük suvarma kanalı olan Yuxarı Qarabağ Kanalında işlər davam edir. Bu kanal Respublikanın 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, mənbəyini Mingəçevir Su Anbarından götürən Kanal Yuxarı Qarabağ İstismarı İdarəsi tərəfindən xidmət edilir. Torpaq məcralı olan kanalın uzunluğu 172,4 km-dir. Mütəxəssizlərin sözlərinə görə, anbarda suyun həcmi ötən illə müqayisədə xeyli artıb.

Kanalda ilin bütün fəsillərində təmizlənmə işləri aparılır. Kanalın lildən təmizlənməsi üçün kanalın keçdiyi müxtəlif rayonların ərazilərinə texnikalara cəlb olunub. Eyni zamanda kanalda bənd bərkitmə və hazırda kanalın Bərdə rayonundan keçən hissəsində su itkisinin qarşısının alınması və minimuma endirilməsi istiqamətində yamaclara beton üzlük çəkilir.

Növbəti suvarma mövsümünə hazırlıq məqsədilə ekskovator və digər ağır texnikalar kanalın keçdiyi Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində gücləndirilmiş iş rejimində çalışır. Bu hissədə torpaq bənd sol sahildə alçaq və ensiz olduğundan həmin yerlərə torpaq daşınır. Bu da növbəti suvarma mövsümündə su sızmalarının qarşısını alacaq.

Qeyd edək ki, Yuxarı Qarabağ Kanalından Araz çayına su verilir ki, bu da Araz çayı ətrafında yerləşən 5 rayonu su çatışmazlığından xilas edir. Qarabağ kanalı strateji cəhətdən mühim əhəmiyyətli dövlət obyekti hesab olunur.


Etiketlər:  Yuxarı Qarabağ Kanalının səmərəliliyi artır VİDEO


RƏYLƏR