Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 20:10
"Mən bunlara heç nə demirəm, niyə belə edirlər? Qəribədir, digər verilişlərə gedib rahat olan, hər şeyi açıb danışanlar bizə gələndə dəyişir. Hamı olur aydan arı, sudan duru, işgörən, sənətkar. Başlayırlar, ay olmaz, elə, belə...".
Sonxeber.net xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, proqramında qonaqlarla yaşadığı qalmaqallardan danışıb.
Afaq müğənni Ayan Babakişiyeva ilə aralarında yaşanan mübahisəyə isə belə aydınlıq gətirib:
"Danışdıq, biri-birimizi başa düşdük. Bəlli məqamlar var idi ki, mən düzgün ifadə edə bilməmişəm, bəzi məqamları o anlamayıb".
A.Gəncəli bu günlərdə yeni bir şousu ilə tamaşaçı qarşısına çıxacağını söyləyib:
"Axşam şousu olacaq. Mən o formatda hələ heç nə aparmamışam. Müğənnilər qonaq olacaq. Afaq bu formatda hələ efirə çıxmayıb, maraqlı və şən olacaq".
Xeyli çəki atan aparıcı "Stresdən arıqlayıram. Maqazin verilişində çalışanda rahat idi. Uşaqlar müğənnilərlə özləri münasibətdə idi, arxa planda qalırdım. Sən demə, onlar müğənnilərin əlindən nələr çəkirmişlər. Mən ya havalanacam, ya bilmirəm... Gərək arsız olasan, məndə isə bu yoxdur. Ürəyimə salıram, küsülü qalmaq istəmirəm" sözlərini əlavə edib.