Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 21:21
Gənclərin koronavirusdan ölmə ehtimalı azdır. Lakin xəstəlikdən sonra onlar aylarla post-kovid sindromu, psixi sağlamlıq problemləri və yorğunluqdan əziyyət çəkirlər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin rəhbəri Hans Kluge bildirib.
O, bunu bazar günü "Rossiya-1" telekanalında efirə gedən Nailə Əsgərzadənin "Təhlükəli virus. İkinci il" filmində deyib.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada 274,2 milyondan çox insan koronavirusa yoluxub, 5,3 milyondan çox insan bu virusun qurbanına çevrilib.