Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tesla''nın akkumulyatorunu dəyişdirmək 22 min dollara başa gəldi, əsəbləşib maşını partlatdı -VİDEO

''Tesla''nın akkumulyatorunu dəyişdirmək 22 min dollara başa gəldi, əsəbləşib maşını partlatdı -VİDEO

Tarix: 22 Dekabr 2021 03:34

Finlandiyada bir şəxs 2013-cü il istehsalı olan "Tesla" model avtomobilini partladıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, həmin şəxs maşının köhnəlmiş akkumulyatorunu dəyişdirmək istəyib. Servisin 22 min 500 dollara başa gələcəyini öyrənən adam "Tesla"nın sahibi olan İlon Maska əsəbləşib.

Bundan sonra o, həmin avtomobilin ön oturacağına İlon Maskın üzü əks olunmuş oyuncağı qoyub, 30 kiloqramlıq dinamitlə partladıb.

Qeyd edək ki, elektrik avtomobil şirkəti "Tesla", akkumulyatorların müddəti bitdiyi təqdirdə onları dəyişmir. Bu da bir çox müştərinin narazılığına səbəb olur. Finlandiyalı bu adam isə öz etirazını maşınını partlatmaqla göstərib.

Həmin anların görüntülərini təqdim edirik:


Etiketlər:  Teslanın akkumulyatorunu dəyişdirmək dollara başa gəldi əsəbləşib maşını partlatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ