Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 16:02
"Kuruluş Osman" serialının çəkilişi ərəfəsində işçi heyətini təhqir etdiyinə görə haqqında cinayət işi açılan aktyor Burak Özçivit məhkəmədə hakim qarşısına çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 4 il 1 ay müddətinə qədər həbsi istənilən aktyor barəsində irəli sürülən ittihamlar hadisə şahidləri tərəfindən təsdiqlənib.
Məhkəmə prosesi mediaya qapalı şəkildə keçirilib. 3 saat davam edən məhkəmədən sonra Burak sualları cavablandırmadan binanı tərk edib.
Məlum olub ki, aktyor Beykoz 3-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda həbssiz mühakimə olunub.
Məhkəmə zalında hadisə şahidlərinin çıxışları da ortaya çıxıb.
Kameraman köməkçisi A.Ö. adlı şəxs açıqlamasında "Burak Özçivit işçilərinin gözlərinin içinə baxaraq onları təhqir edib, sonra çəkiliş meydançasından çıxıb. Dərhal geri qayıdıb və yenə eyni sözləri təkrarlayıb. Çəkiliş işçiləri təəccüb içində idi, amma heç kim ağzını açıb bir söz demədi. O, əvvəllər də o qədər də sərt olmasa da, müxtəlif adamlara oxşar təhqirlər edib. Mən şikayətçiyəm" - deyə, bildirib.
Burak Özçivit çəkiliş mühitinin stresli olduğunu, lakin hər hansı təhqiramiz sözdən istifadə etmədiyini vurğulayaraq özünü müdafiə edib.
Qeyd edək ki, B.Özçivitdən şikayətçi olanlar Mehmet K., Turgay A., Atakan Ö. və Okan Ş.-dir. Hadisə Beykoz Rivada 2020-ci il 8 dekabr tarixində sözügedən ekran işinin çəkilişləri əsanasında yaşandığı iddia olunur.