Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzənib gedirlər şəhid ailələriylə görüşə''

''Bəzənib gedirlər şəhid ailələriylə görüşə''

Tarix: 22 Dekabr 2021 17:50

"Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Xalq artisti Flora Kərimova deyib. Müğənni sənət adamlarına səslənib. O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

"Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma...".


Etiketlər:  Bəzənib gedirlər şəhid ailələriylə görüşə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR