Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 12:12
Bakı. Samir Əli - Trend:
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 30-31 avqust tarixlərində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-35-ci km-də (hər iki istiqamət üzrə) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Trend "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.
Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin