Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 04:45
"Dumping" sindromundan (mədədə yeməyin qalmaması) əziyyət çəkən türkiyəli aparıcı Seren Serengilin keçirdiyi axırıncı əməliyyatdan sonra verdiyi açıqlama gündəm olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcı mədəsinin alt hissəsinin tamamilə olmadığını vurğulayıb:
"İzmirdəki həkimim mədəkiçiltmə əməliyyatımdan olan videonu vermirdi. Niyə qaçdıqları indi məlum oldu. Aylardır əməliyyat gözləyirəm, 6 saat çəkəcəkdi, amma olmadı. Çünki orqanlarımdan biri, mədəmin alt hissəsi yoxdur. Bu, çox biabırçı bir haldır. Hazırki həkimim keçirdiyim əməliyyatı mənim çəkimdə olan birinə edilə bilinməyəcəyini və mədəmin alt bölməsini tapa bilmədiyini deyib. Əslində mədəm yenidən bərpa edilməli idi. Amma indi bunu edə bilmirik, çünki orqanım yoxdur. Bu əməliyyatı etdirə bilmədiyim üçün yalnız bir neçə kiloqram kökələ bilərəm, ondan artıq yox. Hazırda ağrılarım, tikişlərim var qarnımda".
S.Sergil əvvəlki həkimi ilə yanaşı onu reytinq xətrinə belə etdiyini müdafiə edən vəkili də məhkəməyə verib.