Tarix: 30 Avqust 2019 12:44
Azərbaycan millisinə çağırılan Rüfət Dadaşov "Proyssen"in kubok oyununu buraxacaq.
Qol.az xəbər verir ki, bu, Münster təmsilçisinin narazılığına səbəb olub.
Klubun idman direktoru Malte Metzelder "Bild"ə açıqlamasında hücumçunun millimizə bir qədər gec qoşulmasını istədiklərini, ancaq AFFA-nın bununla razılaşmadığını bildirib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi. Təəssüf ki, Rüfət "Redinqhauzen"lə kubok oyununda bizə kömək edə bilməyəcək".
Dadaşov özü də məsələyə münasibət bildirib. O, "Redinqhauzen"ə qarşı oynamaq istəyinin olduğunu gizlətməyib: “Əlbəttə, “Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollandmaq mənim üçün şərəfdir”.
Qeyd edək ki, millimiz Avro-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Uels, 9-da isə Xorvatiya ilə qarşılaşacaq.