Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın ən yaxşı formada olan klubları - “Qarabağ” “10-luğ”un astanasında

Avropanın ən yaxşı formada olan klubları - “Qarabağ” “10-luğ”un astanasında

Tarix: 23 Dekabr 2021 09:00

Avropada ən yaxşı formada olan komandaların adları müəyyənləşib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bütün turnirlər daxil olmaqla son 10 oyunda ən uğurlu nəticə göstərən 10 klub açıqlanıb.

Cədvələ İspaniya La Liqasının lideri "Real" başçılıq edir. "Kral klubu" yalnız son matçda heç-heçə edərək, qələbə seriyasını dayandırıb. "Mançester Siti", "Sportinq", "Bavariya", "Dnep-1" və "Trabzonspor" da madridlilər kimi, son 10 görüşün 9-da qələbə qazanıb. Yeganə fərq ondadır ki, adları sadalanan komandalar digər bir qarşılaşmadan məğlub ayrılıb.

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" son 10 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib, 2-də isə məğlub olub. Bu göstərici ilə Ağdam təmsilçisi qitənin ilk "10-luğ"una düşməsə də, siyahıya ən yaxın komandalardan biri olub.

1. "Real" (İspaniya) - 9 qələbə, 1 heç-heçə
2-6. "Mançester Siti" (İngiltərə) - 9 qələbə, 1 məğlubiyyət
"Sportinq" (Portuqaliya) - 9 qələbə, 1 məğlubiyyət
"Bavariya" (Almaniya) - 9 qələbə, 1 məğlubiyyət
"Dnep-1" (Ukrayna) - 9 qələbə, 1 məğlubiyyət
"Trabzonspor" (Türkiyə) - 9 qələbə, 1 məğlubiyyət
7-8. "İnter" (İtaliya) - 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
"Liverpul" (İngiltərə) - 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
9. "Royal Yunion" (Belçika) - 8 qələbə, 2 məğlubiyyət
10. "Başakşəhər" (Türkiyə) - 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət


Etiketlər:  Avropanın yaxşı formada olan klubları Qarabağ luğun astanasında


RƏYLƏR