Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 13:51
Bakı. Samir Əli - Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə "Bir pəncərə" Elektron Sistemini tətbiq etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə press-turda bildirib.
Onun sözlərinə görə, gələcəkdə tətbiq ediləcək sistemlərin sxemi hazırlanır.
R.Mahmud əlavə edib ki, ölkənin bütün regionlarında tikinti obyektlərinə icazələrin verilməsi ilə bağlı "Bir pəncərə" Elektron Sisteminin tətbiq edilməsi planlaşdırılır:
"Bir pəncərə" Elektron Sistemi tikintiyə və istismara icazələrin verilməsi üçün yaradılıb. Sistemdə müraciətlər elektron şəkildə qəbul edilir. Tam tikinti layihə sənədləri, o cümlədən torpaq üzərində mülkiyyət sənədi elektron üzərindən göndərilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərən xidmət mərkəzində sənədlərə baxılır, rəylərin və texniki şərtlərin alınması üçün aidiyyəti qurumlara göndərilir və qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində müsbət və ya imtina cavabı verilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin