Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazinin əlillik statusu problemi - VİDEO

Qazinin əlillik statusu problemi - VİDEO

Tarix: 24 Dekabr 2021 15:44

Ağcabədi rayon sakini olan Sədi Cəfərov 1992-ci ildə doğulub. 44 günlük Vətən Müharibəsinə döyüşlərin ilk günündən qatılıb. Onu da deyim ki, Sədi müharibədə iştirak etmək üçün könüllü müraciət edib. Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Bu müddət ərzində düz 2 dəfə yaralanıb. Birinci dəfə Füzuli döyüşlərində yaralanana müsahibim qospitala getməkdən imtina edib. Ancaq oktyabrın 25 də Qubadlı yaxınlığında gedən döyüşlərdə ikinci dəfə yaralanır. bu dəfə yarası daha ağır olduğundan onu qospitala aparıblar.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Cəbrayıl hospitalından sonra bir çox hospitallarda müayinə və müalicə olunan Sədi bunun ardınca Respublika Baş Klinik Hospitalından yekun müayinəsinə dair sənədini yəni şəhadətnaməsini alıb. Hərbi həkim Komissyası tərəfindən Sülh dövründə yararsız,müharibə dövründə məhdud yararlıdır qərarı verilib. Bundan sonra əlillik təyinatı üçün müraciət edən qaziyə bir qolunun əmək qabiliyyətini itirməsinə rəğmən əlillik təyinatı aparılmayıb. Hər halda Sədi Cəfərov belə deyir.

Sədi hazırda Barmaqlarını tərpədə bilsədə qolunu hərəkət etdirə bilmir. Üstəlik nitqində də müəyyən problemlər var cümləri qurmaqda çətinlik çəkir.Onu da deyim ki,Sədinin ailəsi 12 nəfərdən ibarətdir. Sədi ilə birgə 1 evdə Sədinin 2 qardaşı ,onların ailəsi və ana-atası da qalır.Hərkəs öz ailəsinə baxdığı halda,Sədinin ailəsinə azyaşlı övladına ,həyat yoldaşına maddi durumu aşağı olduğu üçün baxa bilməməsi onun üçün çox çətin vəziyyətdir. Ailləsinə baxa bilməməsinin səbəbi isə əlinin əmək fəaliyyətini itirməsi və işləyə bilməməsidir. Sədi deyir ki,əgər mən əlillik statusu ala bilmirəmsə, o zaman mənim iş qabiliyyətim bərpa edilsin. Həkimlər qaziyə bildiriblər ki, qolunun vətərində olan qəlpəni çıxara bilmərik,əgər çıxarsaq nəticəsi daha ağır ola bilər. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə Sədi Cəfərovun əlillik üşün təyin olunan göstərişlərə uyğun olmadığı bildirir. belə ki, bu ilin avqust ayının 6-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazi əyani müayinə edilib. Onun hazırki vəziyyətinin əyani müayinəsi zamanı ətraflarda əlillik təyinatına əsas verən hərəki, funksional pozuntular müəyyən edilməyib. Bu səbəbdən müvafiq qanunvericiliyə əsasən, Cəfərov Sədi Sahib oğluna Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən yekun şəhadətnamədə qeyd edilən diaqnozun əlillik səviyyəsində olmaması barədə qərar verilib.

Milli.Az


Etiketlər:  Qazinin əlillik statusu problemi VİDEO


RƏYLƏR