Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə XƏBƏRDARLIQ - VİDEO

Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə XƏBƏRDARLIQ - VİDEO

Tarix: 24 Dekabr 2021 16:30

Yanvarın 1-dən etibarən işçilərə minimum əməkhaqqı məbləğindən, yəni 300 manatdan aşağı maaş verən işəgötürənlərə qarşı müəyyən tədbirlər görüləcək. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "əmək müqaviləsi bildirişi" altsistemində əks olunur. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir. İşçilərə minimum əməkhaqqından aşağı məbləğdə maaş verilməsi aşkar edilərsə, vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə minimum əməkhaqqının artırılması ilə bağlı bildirişlər göndərib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sözçüsü Aynur Osmanqızı deyib ki, işəgötürənlər birmənalı olaraq işçi ilə münasibətlərdə leqal məşğulluğu təmin etməlidir, onlarla əmək müqaviləsi bağlanmalıdır. Vətəndaş müraciətləri və "ASAN xidmət" tərəfindən göndərilən məlumatlar əsasında qeyri-formal məşğulluq aşkar edilərsə, bu zaman fiziki şəxsləri 1000-2000 manata qədər cərimə gözləyir. Vəzifəli və hüquqi şəxslərin məsuliyyəti daha da ağırdır.

Aynur Osmanqızının sözlərinə görə, bu səbəbdən həm işçilər, həm də işəgötürənlər əmək münasibətlərinin rəsmi qaydada tənzimlənməsinin tərəfdarı olmalıdırlar. Əmək müqaviləsi olmadan işləməyin isə xeyli riskləri var.

Qeyd edək ki, əmək münasibətlərinin pozulmasına görə, bu il 10 mindən artıq insan Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ