Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir İsaxan Aşurovun oğluna vəzifə verdi

Nazir İsaxan Aşurovun oğluna vəzifə verdi

Tarix: 24 Dekabr 2021 16:50

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna vəzifə verib. 

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müavafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini general-mayor Raul Zeynalov olub. O, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.


Etiketlər:  Nazir İsaxan Aşurovun oğluna vəzifə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ