Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 17:06
Ağdam rayonu, Evoğlu kənd sakini Elmir Səfərov evinə təbii qaz çəkdirə bilmir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Elmir Səfərov bu ilin aprel ayında fərdi yaşayış evinə təbii qaz çəkdirmək üçün qaz istismar idarəsinə müraciət edib. Qurumdan bildiriblər ki, qazın çəkilişi üçün müəyyən olunan dövlət rüsumunu ödədikdən sonra yaxın günlərdə çəkiliş həyata keçiriləcək. Kənd sakini bank vasitəsilə ilə "Azəriqaz" İstehsalat Birliyinə 262 manat vəsait ödəyib. Lakin bir neçə ay sonra Elmir Səfərova "Azəriqaz"ın rayon şöbəsindən bildirilib ki, onun yaşadığı mənzil qardaşı ilə eyni dam altında birləşdiyindən təbii qazın çəkilişi həyata keçirilə bilməz.
Elmir Səfərovun sözlərinə görə, 10 il əvvəl ailə həyatı qurub, iki övladı var. O, ayrı yaşaması və ayrı təsərrüfatının olması barədə lazımi sənədləri qaz idarəsinə təqdim edib. Ancaq idarədən bildirilib ki, eyni mənzilə iki sayacaq qoyula bilməz və etdiyi ödənişi geri alsın.
Soyuq qış günlərində çıxılmaz vəziyyətə qalan ailə mənzili odun ilə qızıdır.
Məsələylə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, yaranmış vəziyyət araşdırılır.
Bildirilib ki, əgər təqdim edəcəyi sənədlər qaydasında olarsa sözügedən vətəndaşla baglı məsələ tez bir zamanda həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: