Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

9 nəfərin qatilinə qadağa: “Atasına bu dildə məktub yaza bilməz”

9 nəfərin qatilinə qadağa: “Atasına bu dildə məktub yaza bilməz”

Tarix: 24 Dekabr 2021 19:38

Kazanlı qatil İlnaz Qalyaviyevə yaxınlarına tatar dilində məktub yazmaq qadağan edilib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda informasiyanı Mash Telegram kanalı yayıb.

Mənbə qeyd edir ki, 9 nəfərin həyatına son qoyan qatil günahını etiraf edib. 
İndi o, Tatarıstanın paytaxtı Kazan şəhərində istintaq təcridxanasındadır və məhkəməsini gözləyir. Onun kameradan yazdığı məktublar isə diqqətlə yoxlanılır.
İş rezonans doğurduğundan müstəntiqlər Moskvadan göndərilib, amma təbii ki, onlar tatar dilini bilmirlər. Ona görə də cinayətkardan tələb ediblər ki, hətta atasına da yalnız rus dilində məktub yazsın. 

Milli.Az


Etiketlər:  9 nəfərin qatilinə qadağa Atasına bu dildə məktub yaza bilməz


RƏYLƏR