Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 21:24
Koronavirusun "omikron" ştamının Avstriyada sürətlə yayılmağa başlaması yanvar ayının əvvəlində pandemiyanın növbəti - beşinci dalğasının baş vermə təhlükəsini artırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, COVID Proqnoz Konsorsiumunun məlumatına görə, yanvarın ilk həftəsindən başlayaraq ölkədə gündəlik yoluxma sayı 15 minədək yüksələ bilər. Mövcud məlumatlar əsasında tərtib edilmiş mümkün realist ssenaridə noyabrın 19-dakı pik göstəricinin (15809 yoluxma halı) gələn ilin əvvəlində yenilənəcəyi də ehtimal olunur. Avstriyada noyabrın sonunda aşkarlanan və "delta" ilə müqayisədə daha yoluxucu olan "omikron" ştamı yoluxma statistikasını arzuolunmaz səviyyəyə çatdıra bilər.
Konsorsiumun proqnozunda, həmçinin qeyd edilib ki, hazırda Milad və Yeni il bayramları ilə əlaqədar yumşaldılmalar və əhalinin sosial təmaslarının artması tezliklə "omikron"un ölkədə dominant ştama çevrilməsi, yeni infeksiya dalğasının yaranması və səhiyyə sisteminin yüklənməsinə yol açacaq. Bildirilib ki, bu inkişafın qarşısını almaq üçün təxirəsalınmadan təmasları azaldan məhdudiyyətlər tətbiq olunmalı, tibbi maska taxılmasına önəm verilməli, peyvənd olunmuş və sağalmış insanlar da mütəmadi testlərə cəlb edilməlidir.