Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada məktəblər yenidən bağlana bilər

Almaniyada məktəblər yenidən bağlana bilər

Tarix: 24 Dekabr 2021 21:48

AFR Təhsil Nazirliyində məktəblərin növbəti dəfə bağlanmasını istisna etməyiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusun yeni variantının sürətlə yayılmasına cavab kimi hökumətin bu tədbiri gözlənilir. Almaniyanın təhsil naziri Bettina Stark-Vatsinger "Bild" nəşrinə müsahibəsində bu nazirliyin tabeliyində olan müəssisələri məktəblərin bağlanması labüd olacağı halda növbələşən dərslər keçməyə hazırlaşmağa çağırıb. O, rəqəmsal paktdan olan vəsaitlər hesabına məktəblərin təchizatını yaxşılaşdırmaq barədə göstəriş verib.

Nazir məktəb administrasiyalarını şagirdləri və müəllimləri sinifdə maska taxmağa, mütəmadi testdən keçməyə, şagirdlərin və müəllimlərin immunlaşmasını sürətləndirməyə çağırıb.

Milli.Az


Etiketlər:  Almaniyada məktəblər yenidən bağlana bilər


RƏYLƏR