Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda gənc qadın dəm qazından ölüb

Xaçmazda gənc qadın dəm qazından ölüb

Tarix: 25 Dekabr 2021 08:16

Xaçmazda 26 yaşlı qadın dəm qazından boğulub.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Xaçmaz şəhərinin Şəmsəddin Sultanov küçəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Gülnaz Əmirşah qızı Sultanova yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. G.Sultanovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Xaçmazda gənc qadın dəm qazından ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ