Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 22:24
Araşdırmalar göstərir ki, COVID-19 virusu ağciyərləri hədəf alaraq tənəffüs problemlərinə səbəb olur. Nəfəs almağı təmin edən ağciyərlər qanın oksigeni bütün bədənə daşımasında çox mühüm rola malikdir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, aşağıdakı 10 qida ağciyərlərin təmizlənməsində əvəzsiz rola malikdir.
1. Sarıkök - antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə ağciyər hüceyrələrində oksigen istehsalına zərər verən maddələri təmizləyir.
2. Sarımsaq - təbii müalicə mənbələrindən biri olan bu bitki antioksidant xüsusiyyəti ilə yanaşı tərkibindəki allisin kimyəvi maddəsi ilə ağciyərlərin təmizlənməsini təmin edir. Kimyəvi allisin ağciyərlərdəki bəlğəmi təmizləyir və soyuqdəymə kimi problemləri aradan qaldırır.
3. Zəncəfil - ağciyərlərin təmizlənməsi üçün lazım olan vacib qidalardan biridir. Zəncəfil ağciyərlər üçün təhlükə yarada bilən toksinləri və hissəcikləri çıxarmağa kömək edir.
4- Evkalipt - təbii antibiotikdir, tərkibində efir yağları var. Bu yağlar ağciyər xəstəliklərinə qarşı çox təsirlidir. Evkalipt yağında olan efir yağları ağciyər infeksiyalarına qarşı mübarizə aparır, tıxanıqlığı aradan qaldırır, qan axını artırır və şişkinliyi azaldır.
5. Kəklikotu - tərkibindəki efir yağları sinə tıkanıqlığına qarşı təsirlidir. Öskürəyə və yuxarı tənəffüs yollarının iltihabına qarşıdır. Antibakterial xüsusiyyətləri sayəsində bakteriyaların əmələ gəlməsinin qarşısını alır.
6. Keçiboynuzu - ağciyərlərin toksinlərdən xilas olmasına kömək edən, detoks effekti yaradan qidadır. Ağciyərləri təmizləyən və xərçəngdən qoruyucu təsiri ilə ön plana çıxan keçiboynuzu su ilə qaynadılaraq istehlak edilə bilər. Astma və buna bənzər ağciyər xəstəliklərinin sağalma prosesində faydalı olduğunu göstərən çoxlu araşdırmalar var.
7. Qara kök - öskürəyə yaxşı təsir edir və bəlğəmgətirici rol oynayır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlardan biridir və ağciyər xərçəngi riskini azaldır.
8. Öskürək otu - bəlğəmgətirici, C vitamini deposudur. Hindistanlılar tərəfindən min illərdir ki, ağciyərləri gücləndirmək üçün istifadə olunur. Astma, bronxit, öskürək kimi bir çox xəstəliyə xeyirli olduğu məlumdur.
9. Tərə - ağciyər dostudur. Ağciyərlərdə yaranan zədələri bərpa edən bu bitki həm də bədənin siqaretin təsirindən təmizlənməsinə kömək edir.
10. Üzüm toxumu - güclü bir antioksidantdır, ağciyərləri qoruyur. Üzüm yeyərkən, bəzi insanlar adətən toxumları çıxarmağa meyllidirlər. Bu yanlışdır. Belə ki, xüsusilə qara üzümün toxumları sağlamlığın əsas mənbəyidir. Üzüm toxumu ilə birlikdə istehlak edilməlidir.