Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 19:12
"Uzun səfərlər bizi gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. A qrupunda birinci olacağımıza inanırıq".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın baş direktorunun müavini Xesus Arroyo Avroliqanın qrup mərhələsinin püşkünə münasibət bildirərkən deyib.
"Qarabağ"ın qrupdakı rəqibi olan klubun rəsmisi daha sonra bildirib: "Avropa Liqası bizim üçün çox vacib turnirdi. Son illər bu yarışa böyük əhəmiyyət verən komanda ola bilərik. Avroliqanı gözləyirik və mümkün qədər irəliləmək istəyirik".
Qeyd edək ki, "Sevilya", "Qarabağ", APOEL və "Düdelanj" A qrupunda mübarizə aparacaq.