Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 21:46
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 965 nəfərin test edildiyi, 20 138 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 214 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 654 886 peyvənd tətbiq edilib ki, bunun 91,51 faizi birinci, 82,82 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.