Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyahət sığortası paketində COVID-19 təminatı yoxdur - VİDEO

Səyahət sığortası paketində COVID-19 təminatı yoxdur - VİDEO

Tarix: 27 Dekabr 2021 15:54

Bir çox yerli sığorta şirkətləri səyahət sığortası paketindən COVID-19 riski ilə bağlı təminat bəndini çıxarıblar. Bu, o deməkdir ki, səfər çərçivəsində koronavirusa yoluxan turistlərin müalicə haqları ödənilməyəcək.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev deyib ki, xüsusilə "omicron" ştamı fonunda bəzi Avropa ölkələri viza tələbini daha da sərtləşdiriblər. Artıq sığorta paketlərinin COVID-19 təminatlı olması ilə bağlı tələblər qoyulub. Bu səbəbdən həmin ölkələrə səfər edən turistlər ya problemlə üzləşirlər, ya da əlavə vəsait ödəyərək xarici şirkətlərə pul köçürüb sığorta olunmağa məcbur qalırlar.

Sığorta sahəsi üzrə ekspert Tural Şükürov isə bildirir ki, mövcud səyahət sığortası paketi ucuz olduğu üçün sığorta şirkətləri bundan yayınırlar. Ekspertin fikrincə, bu problemin həlli üçün aidiyyəti qurumlar kompleks yanaşma həyata keçirməlidirlər.

Ekspert deyir ki, bununla bağlı yeni normativlər hazırlana və bu məhsulun satışı sığorta şirkətləri qarşısında icbari tələb kimi qoyula bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Səyahət sığortası paketində COVID təminatı yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ