Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 17:50
"Mən "neseryoznu" söhbətə getmirəm".
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, bunu müğənni Fədayə Laçın həmkarı Tacir Şahmalıoğlu ilə birlikdə ifa etdiyi duetlərlə bağlı yaranan söz-söhbətə aydınlıq gətirərkən deyib.
O bildirib ki, 1998-ci ildən bu günə qədər duet ifa edirlər:
"Elə o vaxtdan bu günə qədər el-obamızın, həmvətənlərimizin xeyir işlərinə dəvətlər alırıq. Elə özümüz də həvəslə oxuyuruq. Çünki bu sevginin qarşısında həvəzsiz oxumaq olmur. Yəni demək istəyirəm ki, heç bir söz-söhbətin sənətə aidiyyatı yoxdur. Həm də axı heç bir "seryoznu" söhbət də olmayıb aramızda".