Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 23:40
Avstraliyalı bir kişinin 8000 il İsraildən çıxışına qadağa qoyulub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb onun israilli qadınla boşanmasıdır.
Belə ki, o, məhkəmə qərarı ilə 2013-cü ildən bəri İsraili tərk edə bilməyib.
Bildirilir ki, İsrail məhkəməsi boşanan kişiyə iki övladının hər biri üçün 18 yaşına çatana qədər ayda 5 min İsrail şekeli aliment ödəməyə qərar verib. Əgər kişi ümumilikdə 3 milyon 340 min dollara uyğun gələn bu məbləği ödəməsə, 9999-cu ilə qədər ölkədən çıxa bilməz. Ona hətta tətil və işləmək üçün də İsraili tərk etmək qadağandır.
"İsrailli qadınla evli olduğum üçün İsrail ədliyyə sisteminin zülmünə məruz qalan insanlardan biriyəm", - avstraliyalı kişi deyib.
Qeyd edək ki, İsrailin boşanma və aliment haqqında qanunları tez-tez tənqid edilir.