Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 10:42
Rusiyanın Xabarovsk diyarında -30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq təcili tibbi yardım maşınının sürücüsü tərəfindən xilas edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, xəstə yanında olan həkimi gözləyən sürücü uzaqda bir uşağına əyilib-qalxdığını görür. Onun əvvəlcə oynadığıını zənn etsə də, az sonra uşağınr yanında heç kimn olmaması onu şübhələndirir. Yaxınlaşanda isə azyaşlının üzərində demək olar ki, paltar olmadığını görüb, dərhal xəstəxanaya aparır.
Məlum olub ki, uşağın məktəbli olan xalası səhər dərsə gedəndə qapını möhkəm örtməyib. Atasının yanında yata uşaq isə rnəzarətsizlikdən istifadə edib çölə çıxıb.
Balacanın anası isə həmin vaxt öz valideynlərinin evində olub.
Həkimlər oğlana ümumi hipotermiya və hər iki ayağında donma diaqnozu qoyublar.
Artıq uşaq xəstəxanadan buraxılıb.