Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 11:15
"Heç vaxt başqalarına görə özünü qurban vermə".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samirə Əli Məryəm sosial şəbəkədə yazıb. Son vaxtlar efirlərə çıxmayan, yaradıcılığında heç bir yenilik etməyən ifaçı bunları əlavə edib:
"İllərlə bu ifadənin dərinliyini anladım: əgər sona qədər özünüzü qurban etsəniz, sonda sizdən heç nə qalmayacaq. Özünüzə, enerjinizə qənaət edin. Bunları ətrafınızdakı çox insana az-az sərf edin. Sabah sizə ehtiyacı olacaq birinə zaman ayırın. Və sonra.... Özünüzü sərf etsəniz, sabah özünüzü tənha görəcəksiniz".