Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Honq Konqda Qanunvericilik Şurasının iki üzvü saxlanılıb

Honq Konqda Qanunvericilik Şurasının iki üzvü saxlanılıb

Tarix: 31 Avqust 2019 04:20

Bakı. Trend:

Honq Konqun Qanunvericilik Şurasının etiraz aksiyalarını dəstəkləyən Vətəndaş Partiyasından iki üzvü - Ceremi Tama və O Nok-Hina polislər tərəfindən saxlanılıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qanunvericilik Şurasının üzvləri polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə saxlanılıblar.

Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Demosisto" radikal etiraz hərəkatının iki aktivisti - Coşua Vonq və Aqnes Çou saxlanılmışdı. Onlar daha sonra sərbəst buraxıldı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Honq Konqda Qanunvericilik Şurasının üzvü saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ