Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vidadi Bərdəlinin oğlu atasının ölüm xəbərini almasından danışdı - Gözlərim qaraldı - VİDEO - FOTO

Vidadi Bərdəlinin oğlu atasının ölüm xəbərini almasından danışdı - Gözlərim qaraldı - VİDEO - FOTO

Tarix: 28 Dekabr 2021 16:05

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Vüqar Biləcəriyə həsr olunub.

Dostları və ailəsi mərhum müğənni Vüqar Biləcəridən söhbət açıblar:

Aytac Vidadiqızı - Vidadi Bərdəlinin qızı : "Dünyanın ən gözəl atası idi. Atamızla dost, sirdaş idik. Problemlərim olanda düşünürəm ki, kaş ki, atam yanımda olardı. Yalnız ata deyiləndə dönüb keçmişə baxıram. Yuxularıma çox tez-tez girir".

Aygün Heybətova - Vidadi Bərdəlinin həyat yoldaşı: "Bizi belə tez tərk edəcəyini bilməzdik. Göz qırpımında getdi. Birlikdə gözəl həyatımız olub. Əhmədlə Aytacın xeyir işini görmədi. Onların həsrəti ilə getdi".

İlqar Muradov - Xalq artisti: "Ona tez-tez qulaq asıram, çünki məni gəncliyimə aparır. Həyatımda onunla bağlı çox xatirələr var. Çox təəssüf edirəm ki, Vidadi yoxdur. Görsəydim onu sevərək qucaqlayardım".

Əhməd Vəliyev - Vidadi Bərdəlinin oğlu: "2 ay idi ki, hərbi xidmətdə idi. Bir gün öncə atamla telefon əlaqəsi saxladım. Dedim ki, biraz darıxıram, mənə məzuniyyət almaq lazımdır. Son sözü o oldu ki, bir şey edəcəm, amma həyatda nə olur, olsun dözümlü ol. Səhəri gün komnadirimiz gəldi dedi ki, hazırlaş, məzuniyyətə gedirsən. Hər şeydən xəbərsiz idim. Fikirləşirdim ki, ailəmlə, atamla zaman keçirim. Məhləmizə çatanda yeznəm qarşıladı məni. Yarım saat avtomobildə mənə təsəlli verdi. Gördüm ki, məhləmizdə yola qədər maşınlar düzülüb. Bütün qohumlar, tanışlar, sənət adamları var idi. Yeznəm dedi ki, atan rəhmətə getdi. Gözlərim qaraldı, ayağım tutuldu. Deyirdim ki, atamsız yaşaya bilmərəm. Sonradan özümə təsəlli verdim ki, sənin anan, ailən də var".

Milli.Az


Etiketlər:  Vidadi Bərdəlinin oğlu atasının ölüm xəbərini almasından danışdı Gözlərim qaraldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ