Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 19:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, belə ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.