Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 17:45
Aktyor, "Büyük ev ablukada" qrupunun solisti Bartu Küçükçağlayanın səhnə tərzi gündəm olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ötən gün ifa etmək üçün səhnəyə çıxan müğənni açıq yaşıl rəngli ətək geyinib. Onun sözügedən konsertdən olan görüntüləri sosial şəbəkədə sürətlə yayılıb. Bartunun bu tərzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və lağa qoyulub.
İfaçının ünvanına "Şair burada nə demək istəyib?", "Çox qısadır", "Gözlərimdən üzr istəyirəm", "Həyat yoldaşı ətəyin boyuna qarışmırsa, problem yoxdur", "Niyə də, niyə?", "Çox gözəl olub, bir daha olmasın", "Ətək olmasa, bu video və şərhlər olmazdı. Uğurlu reklamdır" kimi şərhlər yazılıb.
Xatırladaq ki, B.Küçükçağlayan "Yalan dünya, "Min bir gecə" kimi bir sıra seriallarda rol alıb. 2019-cu ildə psixoloq Merve Küçükçağlayanla ailə quran Batur ata olmağa hazırlaşır.