Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

300 şəhidin fotosunun yer aldığı "Yolka" hazırlandı - VIDEO - FOTO

300 şəhidin fotosunun yer aldığı

Tarix: 29 Dekabr 2021 19:08

Sosial şəbəkələrdə qeyri-adi "yolka" görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, videodakı şam ağacının üzərində II Qarabağ müharibəsində şəhid olan igidlərimizin fotoları yer alıb.

"Yolka"nı II Fəxri Xiyabanda şəhid İlyasov Fərid İbad oğlunun anası qurub. Şam ağacının üzərində 300-ə yaxın şəhid şəkli var.

Qeyd edək ki, əslən Laçın rayonundan olan 22 yaşlı şəhidimiz İlyasov Fərid Şuşa şəhərində gedən döyüşlər zamanı şəhadətə ucalıb. İgidimiz 2020-ci ilin oktyabrın 30-da II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəbri yanında dəfn olunub. 

Milli.Az


Etiketlər:  300 şəhidin fotosunun yer aldığı Yolka hazırlandı VIDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ