Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evsiz qalmış ailənin problemi - VİDEO

Evsiz qalmış ailənin problemi - VİDEO

Tarix: 29 Dekabr 2021 20:12

Astara rayonu Miki kənd sakini İlhamə Hüseynovanın ailəsi ilə birgə yaşadığı ev 2019-cu ildə yanğın nəticəsində yararsız hala düşüb. Elə o zamandan çadırda yaşayan ailə artıq bu vəziyyətin dözülməz olduğunu deyir. Nəzərə alaq ki, ailədə 3 uşaq böyüyür.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, İlhamə xanım bildirir ki, kənd sakinləri bu günə kimi onlara yardım ediblər. Onlar hətta yeni ev tikintisini də öz üzərlərinə götürüblər. Amma bu işi tamamlaya bilməyiblər.

Ailənin səsini əlaqədar qurumlara çatdırmaq məqsədilə qısa araşdırma etmək qərarına gəldik. Siyaku kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri bildirdi ki, vəziyyətdən xəbərdardırlar və bununla bağlı əlaqədar qurumlara müraciətləri olub. Bundan sonra Astara rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bizə bildirildi ki, yanğın hadisəsindən dərhal sonra ailəyə çadırla yardım edilib. Bundan sonra çadırın döşəməsi üçün taxta materialları və iki dəfə pul şəklində köməklik göstərilib. Lakin yanmış ev sığortalanmadığı üçün və İcra Hakimiyyətinin balansında fərdi evlərin tikintisi üçün maliyyə nəzərdə tutulmadığından ailəyə yeni ev tikmək mümkün deyil.

Lakin Memarlıq və tikinti şöbəsindən bildirildi ki, yarımçıq tikilinin tamamlanmasına yardım edilməsi üçün ailə İcra Hakimiyyətinə yenidən ərizə ilə müraciət edə bilər.

Yəni işıq ucu var. Ailəyə yenidən yazılı ərizə ilə Astara Rayon İcra Hakimiyyətinə üz tutmağı tövsiyyə edirik.

Milli.Az


Etiketlər:  Evsiz qalmış ailənin problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ