Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 22:26
Kanadanın şimal və qərb bölgələrində son üç gündə rekord temperatur enişləri qeydə alınıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, dekabrın 26-da Britaniya Kolumbiyası əyalətinin paytaxtı Vankuverdə son 50 ilin ən soyuq günü yaşanıb.
Belə ki, bazar günü şəhərdə mənfi 15,3 dərəcə soyuq qeydə alınıb. Bu rekord sonuncu dəfə Vankuverdə 1971-ci ildə reallaşmışdı. Həmin il şəhərdə mənfi 12,8 dərəcə soyuq yaşanmışdı.
Kanada Meteorologiya İdarəsi kəskin soyuqların Yeni ilə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.