Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 08:34
Litva hökuməti Avropa İttifaqının sərhədlərə nəzarət agentliyi "Frontex"in tələblərini yerinə yetirməkdən imtina edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Agentilk rəsmi Vilnüsdən miqrantları Belarus ərazisinə deyil, nəzarət-buraxılış məntəqələrinə yönəltməyi tələb edib. Qurumdan bildirilib ki, bu halda mühacirlər qanuni şəkildə sərhədi keçə və sığınacaq üçün müraciət edə bilərlər. Rəsmi Vilnüs isə müvafiq təklifin "açıq sərhədlər" siyasəti olduğunu və bununla razılaşmadığını bəyan edib.
Bu arada, Polşa-Belarus sərhədində vəziyyət gərgin olaraq qalır. Poşlanın təhlükəsizlik qüvvələri sərhəddə atəş səslərinin eşidildiyini bildiriblər. Bununla belə Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mixalskaya son sutkalarda sərhədi qanunsuz keçmək cəhdlərinin qeydə alınmadığını deyib.