Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 09:00
Nobel Sülh Mükafatı laureatı, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari yenidən koronavirusa yoluxub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə siyasətçinin ofisi məlumat yayıb.
Məlumata görə, Ahtisaarinin vəziyyəti yaxşıdır, xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, bu ilin mart ayında onun koronavirus üçün verdiyi testin cavabı müsbət olub.
84 yaşlı Ahtisaari diplomatik xidmətə qoşulmazdan əvvəl ibtidai sinif müəllimi olub. O, Finlandiya hökumətində və BMT-də diplomat və sülh vasitəçisi kimi çalışıb. 2008-ci ildə o, beynəlxalq münaqişələrin həllində fəaliyyətinə görə Nobel Sülh Mükafatını alıb.